Azərbaycanın “Qəbələ” klubu Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.
Oxu.Az-ın xəbərinə görə, Poşada keçirilən cavab qarşılaşmasında Roman Qriqorçukun yetirmələri “Yagelloniya” komandasını 2:0 hesabı ilə məğlub ediblər.
Xatırladaq ki, Azərbaycanda keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatmışdı.
“Qəbələ”nin heyətində İlqar Qurbanov və Filip Ozobiç fərqləniblər.
Növbəti mərhələdə “Qəbələ” Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq.
S.B.
www.oxu.az