“Qəbələ”də daha bir ayrılıq reallaşıb.
Oxu.Az xəbər verir ki, İsnik Alimi komandanı tərk edib.
Şimali makedoniyalı yarımmüdafiəçinin yeni klubu da müəyyənləşib. O, karyerasını Rumıniyanın “Sepsi” klubunda davam etdirəcək.
Rumıniya təmsilçisi rəsmi saytı vasitəsilə 29 yaşlı oyunçu ilə münasibətlərin rəsmiləşdiyini açıqlayıb.
Qeyd edək ki, 2021-ci ildən indiyə qədər “Qəbələ”də çıxış edən İsnik Alimi ötən mövsüm Premyer Liqada 34 oyun keçirib, aktivinə 9 qol yazdırıb.
“Qəbələ” daha əvvəl Ramon Maçado, Məqsəd İsayev, Andrey Strijak, Səlahət Ağayev, Rövlan Muradov, Felipe Santos və Ruan Renato ilə yollarını ayırıb.