“Qəbələ” futbol klubunun keçmiş baş məşqçisi Toni Adams Reqbi Futbol Liqasının (RFL) yeni prezidenti olacaq. Bu liqa İngiltərədə reqbini idarə edən əsas orqandır.
Oxu.Az “Guardian”a istinadən xəbər verir ki, İngiltərədə reqbiçilərin rifah proqramını hazırlayan T.Adams növbəti il RFL-in prezidenti seçiləcək.
“İngiltərənin reqbi liqasına rəhbərlik etmək mənim üçün şərəf olacaq. Mən bütün reqbi liqalarında oyunçuların zehni sağlamlığı və özlərini xoş hiss etmələri üçün çalışmağa həvəsliyəm. Bu idman növünün İngiltərədə inkişaf etməsində mühüm rol oynamaq istərdim”, - deyə T.Adams bildirib.
Qeyd edək ki, T.Adams Londonun “Arsenal” komandasının tarixində ən yaxşı futbolçulardan biri olub. O, 19 yaşından etibarən 1989-2002-ci illər ərzində bu komandada çıxış edib. T.Adams “Qəbələ”nin baş məşqçisi, sonra isə idman direktoru vəzifəsində çalışıb.
R.Cəfərov
www.oxu.az
Oxu.Az yeniləndi!
Rəylər