Futbol üzrə Azərbaycan Kubokunun ikinci finalçısının adına aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, “Zirə” öz meydanında “Sumqayıt”la 3:3 hesabı ilə heç-heçə edib.
Sumqayıtdakı ilk oyun 0:0 bitdiyindən, finala tarixində ilk dəfə qonaqlar vəsiqə qazanıb.
“Qəbələ”nin Naxçıvandakı rəqibi “Sumqayıt” oldu - VİDEO
Bununla da mayın 19-da Naxçıvanda keçiriləcək finalda “Qəbələ” və “Sumqayıt” komandaları üz-üzə gələcək.
Səbuhi MUSAYEV