Bu gün Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/32 mərhələsinin ilk görüşləri baş tutub.
Oxu.Az xəbər verir ki, Qədir Hüseynov (reytinq - 2634) ağ fiqurlarla çex David Navaraya qalib gəlib (2728).
Rauf Məmmədov isə (2657) ağ firurlarla dünyanın ən güclü şahmatçılarından biri ABŞ-ı təmsil edən Fabiano Karuaneyə uduzub.
Şəhriyar Məmmədyarov (2736) və Teymur Rəcəbov (2738) müvafiq olaraq çinli Xou İfan (2671) və izrailli İlya Smirin ilə bərabərliyə qalıblar. Hər iki şahmatçımız qara fiqurlar ilə oynayıblar.
Cavab görüşləri sabah keçiriləcək.
F.H.
www.oxu.az