Braziliyada keçirilən motosiklet yarışında maraqlı anlar yaşanıb.
REN TV xəbər verir ki, yarışın favoritlərindən hesab olunan pilot Andre Verissimo finiş xəttinə bir neçə metr qalmış rəqiblərini geridə qoyduğuna əmin olaraq sevinməyə başlayıb və sürəti bir qədər azaldıb.
Nəticədə rəqibləri A. Verissimonu geridə qoyaraq finiş xəttinə daha tez çatıblar.