Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qətər-2022 üçün qonaqpərvərlik paketləri satışa çıxarıldı
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı üçün qonaqpərvərlik paketləri satışa çıxarılıb.
FIFA-nın rəsmi saytı xəbər verir ki, azarkeşlər üçün nəzərdə tutulan bu paketlərə matç biletləri ilə yanaşı, yemək, premium içkilər, parklama yeri, əyləncə, hədiyyələr kimi stadion xidmətlərindən əlavə qonaqlama və səyahət də daxildir.
Paketlərin qiyməti 950 dollardan başlayır, ən bahalısı isə 261 min dollardır. Seçimlər üç meyar üzrədir. Bir komandanın oyunları, konkret matçlar və ya stadionlar üzrə paketlər seçilə bilər. Stadionlar üzrə paketlərin qiyməti 10 750 dollardan başlayır.
Qeyd edək ki, dünya çempionatı 2022-ci ilin 21 noyabr - 18 dekabr tarixlərində gerçəkləşəcək.
"Qətər" teqi üzrə xəbərlər
- Burak Özçivit qadın pərəstişkarı ilə şəkil çəkdirmək üçün bir milyon dollar alıb?- Modeldən açıqlama
- Qətər Qəzza üzrə razılaşmanın yekun layihəsini İsrailə və HƏMAS-a təhvil verib
- İsrail nümayəndə heyəti atəşkəs danışıqları üçün Qətərə gedir
- Qətərdə Yeni il şənliyindən sonra çox sayda insan xəsarət alıb
- Qətər Avropanı qaz tədarükünü dayandırmaqla hədələyib