Pekin 2022 XIII Qış Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, paradda Azərbaycan nümayəndə heyətinin missiya rəhbəri Rauf Mürsəlov, nümayəndə heyətinin üzvü Azər Tapdıqov və qış idman növləri üzrə baş məşqçi Məhəmməd İsmayılov iştirak edib.
Yarışda ölkəmizi təmsil etməli olan paraatlet Mehman Ramazanzadə zədəli olduğundan, açılış mərasiminə bayraqdar kimi qatıla bilməyib. Onun əvəzinə çinli könüllülərdən biri bayraqdar funksiyasını icra edib.
Qeyd edək ki, Mehman Ramazanzadə martın 9-u xizəksürmə idman növünün sprint kateqoriyasında iştirak edəcək.
Səbuhi Musa