Azərbaycan millisinin qapıçısı Emil Balayevin Qazaxıstanın “Turan” klubuna keçidi rəsmiləşib.
Oxu.Az xəbər verir ki, Türkistan şəhərinin təmsilçisi “Qarabağ”dan yenicə ayrılan 27 yaşlı qolkiperlə müqavilə imzalandığını açıqlayıb. Klubun paylaşımında azərbaycanca “Xoş gəldiniz, Emil Balayev” yazılıb.
“Hekayə” bölməsində isə futbolçumuzun ilk məşqə çıxdığını əks etdirən video yerləşdirilib. Emil Balayev yeni komandasında 22 nömrəli formanı geyinəcək.
View this post on InstagramKlub futbolçumuzun həm millidə, həm də Qazaxıstanın “Tobol” klubunda çıxış etdiyi vaxt etdiyi “seyv”lərdən ibarət videotəqdimat edib.
View this post on InstagramQeyd edək ki, 2002-ci ildə yaradılmış bu komandada məşqçilərdən biri millimizin sabiq futbolçusu Vaqif Cavadovdur.
Səbuhi Musa
"Qarabağ" teqi üzrə xəbərlər
- Nazir müavini: "Qarabağda sakinlər elektrik enerjisi sataraq gəlir əldə edirlər"
- Qarabağdan reportajlar hazırlayan məşhur rus jurnalist 57 yaşında öldü
- Sami Yusufun Qarabağa həsr etdiyi əsər beş ildən sonra yayımlandı - Video
- Belarus səfiri: "Qarabağda birgə layihələr planlaşdırırıq"
- Qarabağda avtobus parkı yenilənir: 18 milyon manatlıq layihə icra olunacaq
Digər xəbərlər