Fransanın PSJ klubu FİFA Qitələrarası Kubokunu qazandıqdan sonra paltardəyişmə otağında azarkeşlərə mesaj göndərib.
Oxu.Az xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.
"Təşəkkürlər, Doha. PSJ Qitələrarası Kubokun çempionudur", - deyə təbrik mesajında qeyd edilib.
Xatırladaq ki, həlledici qarşılaşmada PSJ Braziliyanın "Flamenqo" klubunu məğlub edib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Paris təmsilçiləri penalti zərbələrini daha dəqiq yerinə yetirərək (2:1) kuboka sahib çıxıblar.
