Sabah Braziliyada start götürəcək futbol üzrə dünya çempionatının ən sərrast futbolçusu adına əsas iddiaçıların adları açıqlanıb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, məlumatına görə, dunya bukmeker kontorları “Qızıl buts” nominasiyasına 10 oyunçunu əsas namizəd hesab edir.
Bombardirliyə birinci yerdə “Barselona”nın argentinalı hücumçusu Lionel Messi qərarlaşıb. Onu katalon klubunda komanda yoldaşı braziliyalı Neymar izləyir. Üçüncü yerdə Arqentina yığmasının hücumçusu “Mançester Siti” klubunun oyunçusu Serxio Aquero namizəddir. Madrid “Real”nın portuqaliyalı hücumçusu Kriştiano Ronaldo 4-cü yerdə qərar tutub.