Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qolu sayılmayan futbolçumuz: Şoka düşmüşdüm
O qolun sayılmaması özümə də qəribə gəldi.
Oxu.Az xəbər verir ki, bunu sport24.az-a müsahibəsində millimizin futbolçusu Bəhlul Mustafazadə deyib.
Hollandiyalı baş hakim Denis Hiqlerin 90+2-ci dəqiqədə Macarıstan millisinə qol vurmuş Bəhlul Mustafazadənin qolunu qeydə almayıb. O, bunu topun futbolçunun əlinə dəyməsi ilə əlaqələndirib. 22 yaşlı Bəhlul topun qarnına dəydiyini bildirib:
“Əvvəlcə, elə bildim qolu ofsayddan vurmuşam. Ancaq referi sərbəst yox, cərimə zərbəsi təyin etdikdə, şoka düşdüm. Axı bilirdim ki, top əlimə toxunmayıb. Final fitindən sonra da baş hakimə yaxınlaşıb təkrara baxdıqda necə kobud səhvə yol verdiyini görəcəyini bildirdim.
Qol qeydə alınmadıqdan sonra hakimə heç bir şey demədim. Vərəqəni göstərərkən bildirdi ki, əllə qol vurduğuna görə sənə rəsmi xəbərdarlıq edirəm”.
Qeyd edək ki, bütün seçmə qrup oyunlarında qol vuran millimiz bununla da ilk dəfə meydançanı qolsuz tərk edib. Yığmamız isə tarixdə heç vaxt xal ala bilmədiyi Macarıstanı hakimlər sayəsində yenə büdrədə bilməyib.
Səbuhi Musayev
Rəylər