İsveçrə millisinin kapitanı Qranit Caka "Milan"a transfer olunmağa yaxındır.
Oxu.Az xəbər verir ki, hazırda "rossoneri" və "Bayer" arasında 32 yaşlı yarımmüdafiəçinin transfer məbləği üçün danışıqlar gedir.
Razılıq əldə olunsa, Caka "Milan"la iki illik müqavilə imzalayacaq. O, 2023-cü ildən "Bayer"də çıxış edir.