Rusiya Futbol İttifaqının İntizam Nəzarət Komitəsi mini-futbol üzrə Rusiya çempionatının Yüksək Liqasının “Kurqan” “Viraj” matçında hakimin döyülməsi hadisəsini nəzərdən keçirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a İNK-nın rəhbəri Artur Qriqoryants bildirib.
Azərbaycanın sabiq oyunçusu, “Viraj”da oynayan Sərxan Mikayılov matç zamanı arbitrın üzünə zərbə vurub.
Görüş oktyabr ayının 31-də Kurqanda keçirilib, 6:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Mikayılov hakimin oyunun epizodlarından birində verdiyi qərarına qəzəblənib.
İNK-nın iclası çərşənbə günü noyabrın 11-də baş tutacaq.
E.Ə.
www.oxu.az