“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda Londonda “Arsenal”a 0:1 uduzduğu görüşün son dəqiqələrində xoşagəlməz hadisə ilə üzləşib.
Oxu.Az xəbər verir ki, qarşılaşmanın 90+3-cü dəqiqəsində erməni azarkeş qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı ilə meydançaya çıxıb və “Qarabağ”ın futbolçuları tərəfə qaçıb.
Belə ki, həmin azarkeş üzərində 1993-cü ildə öldürülmüş erməni terrorçusu Monte Melkonyanın şəkli olan forma ilə meydana çıxıb.
Oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov bu barədə verilən suala belə cavab verib:
“Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı. Yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar”.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər