Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qurban Qurbanov futbolçu olduğu vaxtlar etdiyi səhvlərdən DANIŞDI - FOTO
“Azərbaycan futbolunda çatışmazlıq çoxdur və bunları düzəltməyə ehtiyac var”.
Oxu.Az-ın xəbərinə görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, yaxşı futbolçu olmağın yollarından danışıb:
“Bir dəfə də mənə bu haqda sual verilmişdi. Demişdim ki, yaxşı futbolçu olmaq üçün Musa kimi qardaşının olması lazımdır. Futbolçunun əvvəla istedadı olmalıdır. Həmçinin istək və xarakter də vacib amildir.
Mən də futbolçu vaxtları səhvlərə yol vermişəm. Qardaşım məni düzgün yola çəkməyə çalışırdı. O, həmişə məni danlayırdı. Hamının yanında onu düzgün yönə çəkən insan olmalıdır. Bəzi futbolçular karyeralarını yanlarında belə insan olmadığı üçün bitirib.
Bir də insan öz peşəsini sevməlidir. Mən məşqlərdən sonra qalıb yarım saat artıq hazırlıq keçirdim”.
Səbuhi Musa
FOTO: Firudin Səlimov
"Qarabağ" teqi üzrə xəbərlər
- Ağdərə rayonunun Həsənriz kəndindən FOTOREPORTAJ
- Güllə səsi ilə susdurulan son toyun 30 il sonra cuşa gələn çal-çağırı
- Erməni general: "Daşnak" taborunda Qarabağdan olanlarla yanaşı, Ermənistan vətəndaşları da var idi"
- Qukasyan: "1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı"
- Şuşa əməliyyatı ilə bağlı film: Çəkilişlər harada və nə zaman başlayır? - ÖZƏL