Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qurban Qurbanov: “Lunyovla bağlı böyüdüləsi bir şey yoxdur”
“Lunyovla bağlı böyüdüləsi bir şey yoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin komandanın qapıçısı Andrey Lunyovla barədə sualını cavablandırarkən deyib.
- Andrey Lunyov barəsində son günlər mətbuatda yazılar çoxdur. Onunla bağlı durum necədir?
- Bəzən bir insan fikir bildirəndə emosiyalarını saxlaya bilmir, sərt danışır. Mən buna fikir vermirəm. Lunyovla bağlı böyüdüləsi bir şey yoxdur. Bizimlə müqaviləsi var. Müəyyən danışıqlar olub. Son günlərdəki yazılara uyğun heç nə yoxdur. Hər şey qaydasındadır.
Xatırladaq ki, “Qarabağ” Azərbaycan Premyer Liqasının 29-cu turunda öz meydanında "Səbail"i 4:2 hesabı ilə məğlub edib.