“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup turnirinin 1-ci mərhələsində İngiltərənin “Tottenhem” komandasına 1:3 hesabı ilə məğlubiyyətdən sonra öz təəssüratları ilə bölüşüb.
“Uduzmaq istəmirdim, amma “Tottenhem” həqiqətən yaxşı komandadır, - Oxu.Az Qurbanovun sözlərindən sitat gətirir. – Biz bağışlanılmaz səhvlərə yol verdik. Uduzduqda hesabı bərabərləşdirmək istədik, amma alınmadı.
Bu bizim qrupda ilk oyunumuz idi. Məğlubiyyətə baxmayaraq, öz komandama inanıram. Gələn oyunlarda daha yüksək nəticələrə nail olacağıq”.
F.H.
www.oxu.az