Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qurban Qurbanova hücum xətti üçün 14 futbolçu təklif olunub
Heyətində köklü dəyişiklik etməyi planlaşdıran "Qarabağ" klubun baş məşqçisi Qurban Qurbanova hücum xətti üçün 14 futbolçu təklif edilib.
Oxu.Az "Sportinfo"ya istinadən xəbər verir ki, bir çox menecerlər tərəfindən adları təqdim edilmiş ön xətt oyunçularının siyahısının daha da genişlənməsi gözlənilir.
Burada Türkiyə, İspaniya, Niderland, Polşa, Belçika, Braziliya, Argentina, Fransa kimi Avropa və dünyanın bir sıra ölkələrinin çempionatında çıxış edən forvardlar yer alır.
Artıq onlardan 3-4 nəfərlə təmas qurulub. Qurban Qurbanov irəli zonaya ən azı iki transfer düşünür.
Baş məşqçinin niyyəti onlardan birini hücumun sivri ucunda, digərini isə onun arxasında oynatmaqdır.
"Köhlən atlar" yanvarda Olavio Juninyonu 5 milyon avro təzminat qarşılığında "Flamenqo"ya satıblar. İyunda isə Redon Cica ilə yolların ayrılması gözlənilir.
"Qurban Qurbanov" teqi üzrə xəbərlər
- Azərbaycanın Avropa çempionu olan yunan-Roma güləşi üzrə millisi Vətənə qayıdıb
- Azərbaycanın yunan-Roma güləşi üzrə millisi Avropa çempionu oldu
- Avropa çempionatı: Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
- Qurban Qurbanov: "Heç kimdən küsməmişəm"
- Qurban Qurbanov AFFA-nın hesabat konfransına qatılmadı