Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qvardiola "Mançester Siti"dən ayrıla bilər
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola müqaviləsinin 2027-ci ilin yayına qədər uzadılmasından danışıb.
Oxu.Az xəbər verir ki, BBC onun sözlərindən sitat gətirib.
"Mən təkcə keçmişdə əldə etdiklərimizə görə deyil, həm də xoşbəxt olduğum üçün buradayam, hələ də "Siti" ilə uğur qazanmaq istəyirəm. Vəziyyət dəyişsə, qalmaq istəməzdim. Özümü problem kimi hiss etmək istəmirəm", - deyə o bildirib.
Xatırladaq ki, "Mançester Siti" bundan əvvəl bütün yarışlarda keçirdiyi son altı oyunda 5 dəfə məğlub olub və bir dəfə heç-heçə edib. Qvardiolanın yetirmələri hazırda 12 oyundan sonra 23 xalla Premyer Liqada 4-cü yerdədir və lider "Liverpul"dan 9 xal geri qalırlar.
"Pep Qvardiola" teqi üzrə xəbərlər
- Qvardiola "Mançester Siti"nin "Real"a məğlubiyyətinin səbəblərini açıqladı
- Pep Qvardiola antirekordunu TƏKRARLADI
- Pep Qvardiola antirekorda imza atıb
- Qvardiola Çempionlar Liqasında yenə emosiyalarını saxlaya bilmədi: Başını və üzünü cırmaqladı
- Qvardiola Çempionlar Liqasında "Mançester Siti"nin qələbə şansları barədə fikrini bölüşdü
Rəylər