FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb.
Oxu.Az xəbər verir ki, dekabr ayında baş tutan görüşlərdən sonra siyahıda böyük dəyişikliklər olmayıb.
Hesabında 215 xal olan Azərbaycan yığması siyahıda 135-ci pillədə qərarlaşıb.
Son 3 ayda 62 pillə geriləyən Azərbaycan yığması bu dəfə mövqeyini qoruyub.
209 ölkə arasındakı 135-ci yeri Tacikistanla bölən komandamız kimi, əksər yığmalar üçün də ciddi dəyişiklik olmayıb.
Millimiz və “qonşuları”
130 (142). Maldiv adaları – 220
130 (128). Filippin - 220
132 (130). Lixtenşteyn – 219
133 (131). Qvineya-Bisau – 218
134 (133). Yeni Zelandiya - 216
135 (135). AZƏRBAYCAN – 215
135 (134). Tacikistan – 215
137 (138). Vyetnam – 211
137 (141). Mavritaniya - 211
139 (139). Qazaxıstan - 205
140 (145). Sent-Lusiya – 202
İlk “onluğ”un tərkibində isə heç bir dəyişiklik olmayıb. Son dünya çempionu və finalçısı ilk iki pillədə yerlərini qoruyub.
İlk “onluq”
1 (1). Almaniya – 1725
2 (2). Argentina – 1538
3 (3). Kolumbiya – 1450
4 (4). Belçika – 1417
5 (5). Hollandiya - 1374
6 (6). Braziliya – 1316
7 (7). Fransa – 1160
7 (7). Portuqaliya - 1160
9 (9). İspaniya - 1142
10 (10). Uruqvay – 1135
E.Ə.
www.oxu.az