18 dekabr 2014-cü il tarixində ADA universitetinin tələbələri üçün Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) infotur təşkil olunub.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, tələbələr İntellektual Nəqliyyat Sistemində istifadə edilən avadanlıqlarla tanış olub, eyni zamanda, bu sistemin tətbiqi, nəqliyyat vasitələrindən istifadə edən insanların təhlükəsizliyinin təminində, paytaxt yollarında hərəkətə nəzarətin təşkili, tıxac probleminin aradan qaldırılmasında böyük əhəmiyyət kəsb etməsi haqqında məlumat verilib.
Belə maarifləndirici tədbirlərin sürücü və piyadaların, tələbələrin yol hərəkəti qaydalarına dair biliklərinin artırılması, onlara təhlükəsiz davranış qaydalarının aşılanması kimi məsələlərdə əhəmiyyəti böyükdür.
E.Ə.
www.oxu.az