Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini öldürməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Sevinc Hüseynova barəsindəki cinayət işinin məhkəməsi başa çatıb.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə S.Hüseynovaya hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə 48 yaşlı qadın 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, qətl hadisəsi bu il martın 29-da Binəqədi rayonunda baş verib. Bakı şəhər sakini Sevinc Hüseynova Rəsulzadə qəsəbəsi Musabəyov küçəsində yaşayan tanışı Yasəmən Salıyevanın mənzilində ev sahibəsini kapron corabla boğaraq öldürüb.
S.Hüseynova martın 30-da könüllü olaraq Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gələrək təslim olub.
Qeyd edək ki, Vesti.az-ın məlumatına görə, onların hər ikisi cinsi azlıq nümayəndəsi olub. Elə hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilib.
E.Ə.
www.oxu.az