Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda rəfiqəsini boğan lezbiyan qadının məhkəməsi oldu
Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Hüseynova Sevinc Məhərrəm qızının cinayət işi ilə bağlı məhkəmə prosesi keçirilib.
Oxu.Az-ın lent.az-a istinadən verdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hal şahidləri ifadə veriblər.
Ölən qadının qonşusu ifadəsində mərhumla 4 ildən çox müddətdə eyni binada yaşadığını deyib. “Mən 1991-ci ildən o binada yaşayıram. Yasəmən isə 4 il olar bizim binaya köçüb. Çox sakit qadın idi. Ailəsi yox idi. Başını aşağı salıb sakit gedib gələrdi. Evinə tez-tez qadınlar gəlirdi. Biz həmin qadınları qohumları bilirdik. Öldürüldüyünü eşidəndə inana bilmədim. Nəyə görə öldürüldüyünü bilmirəm. Ancaq onu deyə bilərəm ki, onu öldürən qadın demək olar ki, hər gün Yasəmənin evində idi. Görünür ciddi problemləri olub”.
Hadisə şahidləri Yasəmən Salıyevanın Qarabağ müharibəsi iştirakçısı olduğundan məhəllədə bir qədər ağır qadın kimi tanındığını deyiblər. 3-cü qrup əlil olan mərhum müharibədən sonra sürücülüklə məşğul olub.
Məhkəmə prosesi noyabrın 4-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə bu ilin martın 29-da Binəqədi rayonunda baş verib. Bakı şəhər sakini Sevinc Hüseynova M.Ə.Rəsulzadə qəsəbəsi Musabəyov küçəsində yaşayan tanışı Yasəmən Salıyevanın mənzilinə gələrək, onu kapron corabla boğaraq öldürüb.
Sevinc Hüseynova martın 30-da könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gələrək təslim olub.
Onu da qeyd edək ki, vesti.az saytı qətllə bağlı təfərrüatları yazıb. Məlum olub ki, Yasəmən Salıyeva və Sevinc Hüseynovanın rəfiqə olmaları ilə yanaşı, cinsi azlıq nümayəndəsi olduqları ortaya çıxıb. Elə hadisənin bu səbəbdən baş verdiyi bildirilib.
"Bakı" teqi üzrə xəbərlər
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib