Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində II turun oyunları keçirilir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Azərbaycan çempionu “Rabitə” mövsümün ilk ev oyununda Kazan “Dinamo”sunu sınağa çəkib.
Bakı klubu doğma meydanda Çempionlar Liqasının son qalibinə qalib gəlib. Oyun “Rabitə” üçün heç də yaxşı başlamayıb. İlk iki setdə uduzan komandamız sonradan özündə güc taparaq bərabərliyi təmin edib. Tay-brekdə də qalib gələn Azərbaycan çempionu 3:2 hesablı qələbəni bayram edib.
Qeyd edək ki, “Rabitə” ilk turda ilk turda Polşada “Ximik”ə yenilmişdi (0:3). Qrupun digər oyununda Çexiya “Agel”i “Ximik”lə qarşılaşacaq.
Voleybol
Çempionlar Liqası
A qrupu
26 noyabr
Rabitə (Azərbaycan) - Dinamo (Rusiya) 3:2 (22:25; 23:25; 28:26; 25:21; 15:9)
Hakimlər: İvan Lazareviç (Serbiya), Dobromir Dobrev (Bolqarıstan).
Bakı. “Sərhədçi” Olimpiya Mərkəzi.