Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rafael Ağayev Yaponiyada hakim haqsızlığı ilə uduzduruldu - FOTO
Yaponiyanın paytaxtı Tokioda keçirilən karate üzrə Premyer Liqa yarışında beşqat dünya çempionumuz Rafael Ağayev gümüş medal qazanıb.
Oxu.Az-ın məlumatına görə, tanınmış idmançımız, dünya karatesinin "Brilyant"ı finalda son vaxtlar tez-tez üz-üzə gəldiyi yaponiyalı Ken Nishimura ilə qarşılaşıb.
Görüşdə hesab açılmasa da, hakimlər yenə Rafaelə qarşı ədalətsiz davranıb.
Belə ki, bərabər səviyyədə keçən görüşdə qələbə yerli idmançıya verilib.
Digər dünya çempionumuz İrina Zaretskaya (-68 kq) isə finalda fransalı Alizee Aqyeyə 3:0 qalib gələrək qızıl medal qazanıb.
Ayxan Mamayev (-84 kq) isə qazaxıstanlı İqor Çixmarevə 3:2 qalib gələrək bürünc medala yiyələnib. Bununla da millimiz karatenin vətənindən üç medalla dönür.
Səbuhi Musayev
"Yaponiya" teqi üzrə xəbərlər
- Masaru Takayama: "İqlim dəyişikliyi ilə mübarizədə ekoturizmin fəaliyyətini gücləndirmək lazımdır"
- Yaponiya sahillərində güclü zəlzələ baş verib
- Yaponiyada ən ölümcül virusların öyrənilməsi üçün laboratoriya yaradılacaq
- Yaponiyada imperator ailəsinin ən yaşlı üzvü olan şahzadə vəfat etdi
- Yaponiyanın baş naziri yenidən seçilməsinə dair iclasda yatıb qaldı