Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rafael Fiziyev: "İnsanların isti münasibəti mənə qalib gəlməyim üçün əlavə motivasiya verdi"
"Bu gün mənim küncümdə atam idi. Bundan əvvəlki döyüşlərdə də atam mənim küncümdə olsa belə, məğlub olmuşdum".
Oxu.Az xəbər verir ki, bunu Bakıda ilk dəfə təşkil edilən "UFC Fight Night" turnirində çilili rəqibi İqnasio Bahamondes üzərində qələbə qazanan təmsilçimiz Rafael Fiziyev mətbuat konfransında deyib.
"Amma bu dəfə qalib gəlməyim üçün vətənimdə insanların mənə olan isti münasibəti əlavə motivasiya verdi", - R.Fiziyev qeyd edib.
Qeyd edək ki, Bakıda ilk dəfə keçirilən "UFC Fight Night"də əsas kartda mübarizə aparan R.Fiziyev oktaqonda ona qarşı döyüşən çilili İqnasio Bahamondesi məğlub etməklə rəqibinin nokaut seriyasına (buna kimi ardıcıl üç döyüşdə rəqiblərini ilk raunddaca nokaut edirdi) da son qoyub.
Təhməz Əsədov
"UFC Fight Night" teqi üzrə xəbərlər
- "Tofiqin şansı Fiziyev qədər deyil" - Bakıdakı UFC turnirində hansı gözlənilməz hadisələr yaşandı?
- Azərbaycanda ilk dəfə UFC turniri keçirilib
- Amerikalı UFC döyüşçüsü arenaya məşhur meyxananın sədaları altında daxil olub
- "UFC Fight Night": Nazim Sadıqov və Nikolas Motta əlavə mükafat qazandılar - 100 min dollar
- Rafael Fiziyev: "Xoşbəxtəm ki, vətənimdə döyüşdüm və qələbə qazandım"