Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rafinyanın "Barselona"dakı taleyi bəlli oldu
"Barselona" klubu braziliyalı yarımmüdafiəçi Rafinya ilə müqaviləni 2028-ci ilin iyununa qədər uzatmaq barədə razılığa gəlib.
Oxu.Az xəbər verir ki, məlumat məşhur jurnalist Fabrizio Romano tərəfindən sosial şəbəkələrdə paylaşılıb.
28 yaşlı futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər etibarlıdır, lakin tərəflər əməkdaşlığı uzatmaq qərarına gəliblər.
Qeyd edək ki, Rafinya "Barselona"da 2022-ci ilin yazından çıxış edir. 2023/24 mövsümündə braziliyalı futbolçu bütün turnirlərdə 56 oyunda iştirak edib, 34 qol vurub və 25 qol ötürməsi ilə yadda qalıb.
"Transfermarkt"ın məlumatına görə, onun bazar dəyəri 80 milyon avro təşkil edir.
"Rafinya (Rafael Dias)" teqi üzrə xəbərlər
- Lamin Yamal "Qızıl Top" uğrundakı mübarizədə liderliyi əldən verib
- Rafinya İspaniya çempionatında ötən mövsümün ən yaxşı oyunçusu seçilib
- UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün ən yaxşı bombardiri və assistenti müəyyənləşdi
- Lamin Yamal La Liqada 2024/25 mövsümünü unikal nəticə ilə başa vurdu
- Rafinya stadionda dizləri üstə süründü - İlginc SƏBƏB