Braziliyalı futbolçu Rafinya İspaniyanın "Barselona" klubu ilə yeni müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yeni anlaşma 2030-cu ilin yayınadək qüvvədə olacaq. 29 yaşlı vingerin əvvəlki müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Rafinya 2022-ci ildən "Barselona"da çıxış edir. O, Kataloniya klubu ilə üç dəfə İspaniya çempionu və ölkə Superkubokunun qalibi olub, bir dəfə isə İspaniya Kubokunu qazanıb. Braziliyalı futbolçu 2024/25 mövsümündə UEFA Çempionlar Liqasının ən məhsuldar oyunçusu olub.
Rafinya daha əvvəl Portuqaliyanın "Sportinq", Fransanın "Renn" və İngiltərənin "Lids" klublarında çıxış edib.