“İdman karyeram boyu sadəcə medal almaq deyil, tarixə düşməyi arzulamışam. Amma təəssüf ki, 2000-ci ildən 2018-ci ilə qədər bir-birindən səriştəsiz və savadsız məşqçilər ucbatından cavanlığımın ən yaxşı illərini itirmişəm”.
Oxu.Az-ın xəbərinə görə, bunu Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Rafiq Hüseynov deyib.
2011-ci və 2020-ci illərdə də Avropa çempionu olmuş Rafiq Hüseynov dünən gürcüstanlı Qela Bolkvadzeyə 2:1 hesabı ilə qalib gələrək üçüncü dəfə bu titula sahib çıxıb. 33 yaşlı idmançı bununla da Azərbaycan yunan-Roma güləşi tarixində ən çox qitə çempionu olan idmançımız kimi tarixə düşüb. O, bu barədə fikirlərini bildirib:
“Heç fikirləşməzdim ki, bu yaşlarda adım tarixdə qalacaq, Azərbaycan güləşçiləri sırasına düşəcək. Buna görə Allahıma şükür edib qələbəmi bu müqəddəs Ramazan ayında bütün dünya müsəlmanlarına həsr edirəm. Hamınıza azarkeşlik etdiyiniz üçün təşəkkür edirəm”.
Qeyd edək ki, Rafiq Hüseynov həm də olimpiya, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları mükafatçısı və dünya çempionudur.
View this post on InstagramSəbuhi Musa
"Macarıstan" teqi üzrə xəbərlər
- Macarıstanın baş naziri telefon oğurlamaqda ittiham olunur
- Diplomatik gərginlik: Rusiya Macarıstan diplomatlarını ölkədən çıxarır
- Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
- Macarıstanın baş nazirinin toxunulmazlığı ləğv edildi - ŞOK OĞURLUQ İTTİHAMI
- Macarıstanın baş nazirinə çıxışı zamanı yumurta ATDILAR - VİDEO
Digər xəbərlər