Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov "Radomyak"dan ayrılması ilə bağlı yayılan xəbərlərin yalan olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, Rahil Məmmədov Sport24.az-a müsahibəsində onun Polşa klubu ilə başa çatmayan daha birillik müqaviləsinin olduğunu deyib.
"Radomyak"la müqaviləm davam edir. Yaxşı təklif olsa, klubumu dəyişəcəyəm. Siz də bilirsiniz ki, baş məşqçi məni oynatmadı. Heç nə olmasa da, birillik sözləşməm qalıb. Ora gedəcəyəm və işimi görəcəyəm".
Futbolçu əlavə olaraq klubda qalma ehtimalından da danışıb.
"Futbolsuz qalmayacağam. Bildiyiniz kimi, Azərbaycanda da legioner limiti ləğv olunub. Azərbaycanlı futbolçu kiməsə lazımdırmı? Bilmirəm", - deyə R.Məmmədov bildirib.