Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ramil Şeydayevə görə “Dinamo”ya qadağa qoyuldu
Rusiya Futbol İttifaqı milli komandamızın hücumçusu Ramil Şeydayevin sabiq klubu “Dinamo”ya qarşı iddialarını təmin edib.
Bu barədə “Sovetski sport” məlumat yayıb.
Bildirilib ki, Ramil Şeydayevin şikayətinə baxan federasiya rəsmiləri onunla müqavilə şərtlərinə əməl edilmədiyi qənaətinə gəlib. Bu isə o deməkdir ki, Ramillə vaxtından əvvəl, heç bir səbəb olmadan iş müqaviləsini pozan Moskva klubu ona təzminat ödəməlidir.
Qurum həmçinin təzminat ödənilənə qədər Moskva “Dinamo”suna heyətinə yeni qatdığı futbolçuların qeydiyyatına və meydana çıxmasına qadağa qoyub.
Qeyd edək ki, Ramil Şeydayev “Dinamo”ya ötən ilin yayında “Krılya Sovetov”dan keçmişdi.