Moskvada Volta klubunda peşəkar boks gecəsi baş tutub.
Oxu.Az AKBoxing.ru-ya istinadən xəbər verir ki, əvvəlcədən 10 peşəkar döyüşün keçirilməsi planlaşdırılsa da, sonradan gözlənilməz mistika təşkilatçıların planlarına mane olub.
Səhnəarxası söhbətlərə görə hər şey belə olub.
Bir qrup çeçen boksçu döyüşdə iştirak üçün vaxtında kluba gəlib. Lakin bir qədər birgə müzakirədən sonra onlar “şeytanabənzər təsvirlərin yer aldığı” klubda döyüşməyəcəklərini bildiriblər.

Şaiyələrə görə, gələnlərdən biri klubun divarındakı şəkili çəkərək, internetlə Çeçenistan prezidenti Ramzan Kadırova göndərib.
O isə, guya şəkillərə baxaraq, çeçen boksçulara rinqə çıxmağı qadağan edib. Nəticədə çeçen boksçular klubu tərk ediblər və 10 döyüş əvəzinə 7 döyüş baş tutub.
F.H.
www.oxu.az