Azərbaycan qrossmeysteri Rauf Məmmədov blits üzrə Avropa çempionu olub.
Oxu.Az xəbər verir ki, dekabrın 18-də Belarusun paytaxtı Minskdə sürətli şahmat və blits üzrə Avropa çempionatı start götürüb.
İlk yarış günündə 550-yə yaxın şahmatçı (onlardan 59 qrossmeysterdir) blits üzrə qitə birincisini müəyyən etməyə çalışıblar.
22 mümkün xaldan 18 xal toplayan azərbaycanlı şahmatçı Rauf Məmmədov Avropa çempionu tituluna layiq görülüb.
E.Ə.
www.oxu.az