2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 042,8 kiloqram qızıl istehsal edilib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 21,3% çoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yanvar-noyabr ayları üzrə açıqladığı hesabatda deyilib.
“Cari ilin anoloji dövründə ölkədə 105,7 kiloqram gümüş istehsal edilib. Bu da 2014-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 54,4% azdır”, - deyə komitənin hesabatında göstərilib.
Qeyd edək ki, 2015-ci il dekabrın 1-nə olan məlumata görə, ölkədə 56,4 kiloqram hazır qızıl, 17,9 kiloqram isə gümüş ehtiyatı var.
Xatırladaq ki, Azərbaycanda ilk qızıl Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti (AİMK) tərəfindən 2009-cu ildə Gədəbəy yatağında hasil olunub.
Ülviyyə R. Əli
www.oxu.az