Futbol üzrə İspaniya və İtaliya Kubokunun 1/4 final görüşləri başa çatıb.
Oxu.Az xəbər verir ki, İspaniya Kral Kubokunun 1/4 final mərhələsinin son görüşündə “Real” Kataloniya səfərində “Jirona” ilə qarşılaşıb.
Madriddə 2:0 qalib gəldiyi rəqibini “Kral klubu” yenə eyni top fərqi ilə məğlub edib – 3:1. “Real”dan qolları fransalı Karim Benzema (2) və Markoz Lyorente vurub.
Beləliklə, 1/2 finalda “Milan” – “Latsio” və “Fiorentina” – “Atalanta” görüşləri keçiriləcək. Cütlüklər 6 və 27 fevralda iki görüşlə finalçını müəyyən edəcək.
Səbuhi MUSAYEV