İspaniya La Liqasında 36-cı tur çərçivəsində bu gün “Real” doğma meydanda “Valensiya”nı qəbul edib.
Oxu.Az xəbər verir ki, hesabı 19-cu dəqiqədə qonaqlar açıblar. Francisco Alcacer fərqlənib.
7 dəqiqə sonra Javi Fuego madridliləri növbəti dəfə məyus edib. Birinci hissənin əvvəlində Ronaldo penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
İkinci hissəyə meydan sahibləri fəal başlayıblar.
56-cı dəqiqədə Pepe baş zərbəsi ilə hesab arasındakı fərqi azaldıb. 84-də isə İsko gözəl zərbə ilə oyunda bərabərliyi bərpa edib.
“Real”ın bundan artığına vaxtı çatmayıb.
Beləliklə, “Barselona” 90 xalla birinci, 86 xalla “Real” isə ikinci pillədədir.