Fransa millisinin və İspaniyanın "Real Madrid" klubunun üzvü Orelen Tçuameni DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə Bakıda keçiriləcək oyunda iştirak etməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Sol bud əzələsindən zədə alan futbolçunun üç həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Qeyd edək ki, Azərbaycan-Fransa qarşılaşması noyabrın 16-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.