“Real Madrid” Dortmund “Borussiya”sından Cud Bellingemi transfer edib.
İspaniya La Liqası təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, 19 yaşlı yarımmüdafiəçi ilə altı illik müqavilə imzalanıb.
Madridlilər bu keçid üçün qarşı tərəfə 103 milyon avro ödəyiblər.
Qeyd edək ki, Cud Bellingem “Borussiya”ya 2020-ci ildə İngiltərənin “Birmingem” klubundan 25 milyon avroya keçmişdi.