Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Real Madrid" Ançelottiyə varis tapdı
"Real Madrid" şənbə günü evdə "Barselona"ya 0:4 hesabı ilə məğlub olduqdan sonra komandanın rəhbərliyində baş məşqçi Karlo Ançelottiyə qarşı narazılıq artıb.
Oxu.Az "Relevo"ya istinadən xəbər verir ki, son aylarda Madrid klubunun baş məşqçisinin dəstək səviyyəsi aşağı düşüb.
Klub rəhbərliyində Ançelottidən narazı olanlar onun bəzi qərarlarını, xüsusilə də Arda Gülər başda olmaqla gənc istedadlara münasibətini bölüşmürlər.
Rəhbərlik Ançelottiyə hörmət edir və onun klubun tarixinə verdiyi töhfəni yüksək qiymətləndirir, lakin dəyişiklik vaxtının yaxınlaşdığına inanır.
Eyni zamanda, "Real Madrid"də müəyyən gərginliyin olduğu qeyd edilir.
Bildirilir ki, italiyalının yerinə "Bayer Leverkuzen"in hazırkı çalışdırıcısı, keçmiş "Real" oyunçusu Xabi Alonsonun gətiriləcəyi ehtimal edilir.
"Real Madrid FK" teqi üzrə xəbərlər
- "Real Madrid" daha bir rekorda imza atıb
- UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ən yaxşısı kim olacaq?
- Özbəkistanlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü
- Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunlarının ən yaxşıları bəlli olub
- PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu