Türkiyə millisinin oyunçusu Kənan Yıldız üçün transfer bazarında aktivlik müşahidə olunur.
Oxu.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Avropanın futbol nəhəngi "Real Madrid" gənc ulduz üçün transfer prosedurlarına başlayıb.
"Yuventus"la müqaviləsini yeniləmə barədə danışıqlar aparan futbolçunun kral klubundan cəlbedici maaş təklifi aldığı bildirilib.
Qeyd olunub ki, "Qoca sinyora"nın kapitanı və 10 nömrəli formanın sahibi kimi maaşının artırılmasını gözləyən Kənan Yıldız hələ də İtaliya klubundan gözlədiyi təklifi almayıb.
Danışıqların çətin keçdiyini anlayan "Real Madrid" agentləri vasitəsilə türkiyəli ulduza xoş mesajlar çatdıraraq, onu transfer etmək niyyətlərini açıqlayıb.
Qeyd edək ki, hazırda Türkiyə millisinin daha bir gənc üzvü Arda Güler "Real Madrid"in şərəfini qoruyur.