Kilian Mbappenin "Real Madrid"dən qovulması üçün onlayn petisiya başladılıb.
Oxu.Az ESPN nəşrinə istinadən xəbər verir ki, petisiya artıq 40 milyondan çox imza toplayıb.
Xatırladaq ki, 27 yaşlı fransız futbolçu 2024-cü ildə azad agent statusu ilə PSJ-dən "Real Madrid"ə keçid edib. Ulduz oyunçunun klubla hazırkı müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı isə onun transfer dəyərini 200 milyon avro olaraq qiymətləndirir.
Cari mövsümdə Mbappe bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda rəqib qapılarından 41 top keçirib və altı məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə isə onun hesabında Madrid klubunun forması ilə çıxdığı 100 oyunda 85 qol və 11 məhsuldar ötürmə var.