"Real Madrid"in azarkeşləri "Barselona"ya qalib gəldiyi üçün "İnter"ə təşəkkür ediblər.
Oxu.Az xəbər verir ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində "İnter" evdə "Barselona"nı 4:3 hesabı ilə üstələyib (ilk matç - 3:3). Bununla da İtaliya klubu Kataloniya təmsilçisini mübarizədən kənarlaşdıraraq finala adlayıb.
Bu gün "Real Madrid"in fanatları klubun bazası qarşısında "İnter" və "Monako"ya təşəkkür pankartları açıblar. Bu klublar Çempionlar Liqasının bu mövsümdəki oyunlarında "Barselona"nı məğlubiyyətə uğratmağa müvəffəq olublar.
