Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Real Madrid"in fransalı ulduzu həmyerlisinin göstəricisini təkrarlayıb
"Real Madrid" klubunun fransalı futbolçusu Kilian Mbappe həmyerlisi Kərim Benzemanın uğurunu təkrarlayıb.
Oxu.Az xəbər verir ki, 26 yaşlı hücumçu "Selta Viqo"ya əlavə vaxtda 5:2 hesabı ilə qalib gəldikləri ölkə kubokunun 1/8 final mərhələsinin oyununda fərqlənməklə Benzemanın göstəricisini təkrarlayıb.
Belə ki, fransalı forvard həmyerlisi Benzema kimi "Kral klubu"nda bir mövsümdə altıncı turnirdə fərqlənməyi bacarıb.
O, bundan əlavə, La Liqada, İspaniya Superkubokunda, Çempionlar Liqasında, UEFA Superkubokunda və Qitələrarası Kubokda da qol vurub.
Kərim Benzema eyni nailiyyətə 2022/2023 mövsümündə imza atmışdı.
Qeyd edək ki, Kilian Mbappenin "Real Madrid"lə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
"Kilian Mbappe" teqi üzrə xəbərlər
- Mbappenin dublu "Real"a "Vilyarreal" üzərində qələbə qazandırdı
- "Qızıl top"un yeni favoriti açıqlandı: Salah liderliyi itirdi
- "Real Madrid" Mbappe və Vinisiusun birgə oyunundan narahatdır
- Dünyanın ən varlı futbolçuları bəlli olub - Ronaldu və Messi birinci deyillər
- "Real Madrid"in ulduzu "Atletiko Madrid"lə görüşü buraxa bilər