"Real Madrid"in futbolçularını daşıyan təyyarənin Nyu-York hava limanına enişi iki saat gecikib.
Oxu.Az-ın "El Chiringuito"ya istinadən verdiyi məlumata görə, təyyarə şəhərin üzərində səmada dövrə vurub və fırtına səbəbindən yerə enə bilməyib.
Qeyd edək ki, iyulun 9-da "Real Madrid" "Midoulends" stadionunda PSJ ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
"Real Madrid"in Nyu-Yorka gəlişi hava şəraiti ilə əlaqədar gecikib.
Oxu.Az "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, İspaniya klubunun təyyarəsi fırtına səbəbindən bir saatdan çox Nyu-York üzərində dövrə vuraraq, eniş icazəsini gözləyib.
"Real Madrid"in baş məşqçisi Xabi Alonso mətbuat konfransını ləğv etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Madrid təmsilçisi klublararası dünya çempionatının yarımfinalında PSJ (Fransa) ilə qarşılaşacaq. Oyun iyulun 9-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.