"Real Madrid" klubu transferlərə çox pul xərcləmədən müdafiə xəttini gücləndirmək istəyir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Marca" qəzeti məlumat verib.
Mənbənin məlumatına görə, "Kral" klubunun qısa transfer siyahısına İngiltərə Premyer Liqasının iki müdafiəçisi daxildir. Madrid təmsilçisinin sıralarını Uilyam Saliba ("Arsenal") və İbrahima Konate ("Liverpul") doldura bilərlər. Eyni zamanda, "Real Madrid"in rəhbərləri bu transferlərə pul xərcləmək istəmirlər və futbolçuların hazırkı klubları ilə müqavilələrinin bitməsini gözləmək niyyətindədirlər.
Qeyd edək ki, Konatenin "Liverpul"la müqaviləsi 2026-cı ilə, Salibanın isə "topçular"la ("Arsenal") müqaviləsi 2027-ci ilə qədərdir.