"Real Madrid" klubu İtaliyanın "Komo" komandasında çıxış edən sabiq futbolçusu Niko Pazı geri qaytarmaq qərarına gəlib.
Oxu.Az "AS" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi keçmiş oyunçusunu növbəti ilin yay transfer pəncərəsində 9 milyon avroya satın almağı planlaşdırır.
Qeyd edək ki, Paz 2024-cü ildə "Real Madrid"dən 6 milyon avro qarşılığında "Komo"ya keçib.
21 yaşlı argentinalı hücumameyilli yarımmüdafiəçi "Komo"nun heyətində 51 oyuna 11 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.