Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Real Madrid" klubu 21 yaşlı ingiltərəli yarımmüdafiəçini transfer etmək istəyir
"Kristal Pelas"ın 21 yaşlı yarımmüdafiəçisi Adam Uorton karyerasını İspaniya nəhəngi "Real Madrid"də davam etdirə bilər.
Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, gənc oyunçu ilə "Real Madrid" maraqlanır. Mənbə Madrid təmsilçisinin baş skautu Yuni Kalafatın Adamın performansını çox bəyəndiyini və "Kral klubu"nun sözügedən futbolçunu diqqətdə saxladığını vurğulayıb.
Cari mövsüm bütün turnirlərdə 16 matça çıxan Uorton bir məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" İngiltərənin əsas millisində bir oyuna çıxmış yarımmüdafiəçinin transfer qiymətini 32 milyon avro dəyərləndirir. Adamın klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
"Real Madrid FK" teqi üzrə xəbərlər
- "Real Madrid" klubu UEFA Çempionlar Liqasında rekorda imza atıb
- UEFA Çempionlar Liqası: Madrid derbisində üç qol vuruldu
- Superkompüter Çempionlar Liqasının qalibi olacaq komandanın adını açıqladı
- Çempionlar Liqasının 1/8 final mərhləsini hansı kanallardan izləmək olar?
- UEFA Çempionlar Liqası: 1/8 final mərhələsinə dörd qarşılaşma ilə start verilir