Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Real Madrid" maliyyə pozuntularına görə cəzalandırıla bilər
UEFA İspaniyanın "Real" klubunu maliyyə pozuntularına görə cəzalandıra bilər.
Oxu.Az xəbər verir ki, "Real Madrid" dövlət vəsaitlərinin sui-istifadəsində ittiham olunur.
Bu barədə İspaniya Ali Məhkəməsinin fəxri hakimi Xose Antonio Palin bildirib.
"Real" dövlət pulu şəklində "dopinq" alır. Bu, parkinq, qeyri-futbol və idmanla əlaqəli fəaliyyətlərlə bağlıdır. Onların, hətta UEFA ilə də problemləri ola bilər", - deyə Xose Antonio Palin vurğulayıb.
O, "Santyaqo Bernabeu" stadionundakı səs-küyü "ətraf mühitə qarşı cinayət" adlandırıb. Palin deyib ki, stadionun səs izolyasiyasını təmin etmək texniki cəhətdən mümkün deyil.
Rəylər