Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda gələn il orta maaşın 1 080 manata çatacağı proqnozlaşdırılır
2025-ci ildə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 1 080 manata çatacağı proqnozlaşdırılır.
Oxu.Az Maliyyə Nazirliyinin dərc etdiyi "2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama"ya istinadən xəbər verir.
Məlumata görə, ölkədə orta maaş 2026-cı ildə 1 156 manata, 2027-ci ildə 1 238 manata, 2028-ci ildə isə 1 326 manata çatacaq.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8.3% artaraq 1 002 manat təşkil edib.
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Dövlət təşkilatlarında yoxlamalar zamanı 13 milyon manatdan artıq əsassız ödənişlər aşkar edilib
- Həbsdəki general Nizami Məmmədovdan XƏBƏR VAR: Vəsatəti təmin olunmadı
- ABŞ-də maliyyə maxinasiyalarına cəlb edilən media vasitələrinin SİYAHISI AÇIQLANIR
- Azərbaycanda ən çox xarici borc cəlb edən dövlət qurumları
- Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb
Ən çox oxunanlar